...

Sloveniyanın fəxri konsulu idman gimnastikası üzrə Dünya Kubokunda idmançılarla görüşüb (FOTO)

Cəmiyyət Materials 20 Fevral 2016 17:23 (UTC +04:00)
Sloveniyanın Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyev bu gün idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Sloveniya nümayəndə heyətilə görüşüb.
Sloveniyanın fəxri konsulu idman gimnastikası üzrə Dünya Kubokunda idmançılarla görüşüb (FOTO)

Bakı. Trend:

Sloveniyanın Azərbaycandakı fəxri konsulu Elnur Allahverdiyev bu gün idman gimnastikası üzrə Dünya Kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Sloveniya nümayəndə heyətilə görüşüb.

Konsul görüşdə idmançılar və məşqçilərlə söhbət edib, yarışlarda onlara uğurlar arzulayıb.

O qeyd edib ki, Dünya Kubokunun təşkilindən və yarışların keçirilmə səviyyəsindən çox razıdır.

Sloveniyanı Dünya Kubokunda 6 gimnast təmsil edir.

Ötən il Bakıda I Avropa Oyunlarında Sloveniya 15 idman növündə 81 idmançı ilə təmsil olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti