...

Aktauda "Xocalıya Ədalət" kampaniyası çərçivəsində "Biz ədalət istəyirik" müsabiqəsi keçirilir

Cəmiyyət Materials 22 Fevral 2016 11:15 (UTC +04:00)
Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında “Biz ədalət istəyirik” mövzusunda rəsm müsabiqəsi keçirilir.
Aktauda "Xocalıya Ədalət" kampaniyası çərçivəsində "Biz ədalət istəyirik" müsabiqəsi keçirilir

Bakı. Trend:

Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğu tərəfindən İKT Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi, Heydər Əliyev fondunun Rusiya nümayəndəliyinin sədri Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Aktau şəhərində uşaq və yeniyetmə rəssamlar arasında "Biz ədalət istəyirik" mövzusunda rəsm müsabiqəsi keçirilir.

Bu barədə Trend-ə Konsulluqdan məlumat verilib.

Rəsm müsabiqəsində Aktau şəhərinin və ətraf rayonların beş rəssamlıq məktəbindən 300 yaxın yeniyetmə iştirak edir.

Qazaxıstan Respublikası Rəssamlar İttifaqının üzvləri Aymurat Tanatov və Tınışbek Baltabayevin, həmçinin Baş konsulluğun rəhbəri Elxan Zeynalovun daxil olduğu münsiflər heyəti tərəfindən müsabiqədə iştirak edəcək rəsmlər qiymətləndiriləcək, 8-11, 12-14 və 15-19 yaş qruplarında 1-ci, 2-ci və 3-cü yerlər müəyyənləşdiriləcəkdir. Ən yaxşı rəsm isə müsabiqənin qran-pri mükafatına layiq görüləcəkdir.

Qaliblər Baş konsulluq tərəfindən fəxri fərmanlar, Azərbaycanla bağlı kitablar və hədiyyələrlə mükafatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti