Xocalıda 68 qohumunu itirən Ceyran Əzizova: "O boyda nəsildən bir qəbir var"

Xocalıda 68 qohumunu itirən Ceyran Əzizova: "O boyda nəsildən bir qəbir var"

Bakı. Samir Əli - Trend:

Dəhşətli bir mənzərə. Göydən güllə yağışı yağır. Şəhər 4 tərəfdən atəşə tutulub...

O, Xocalını belə xatırlayır...

Ceyran Əzizova Xocalı faciəsini göz yaşları ilə danışır. 1964-cü ildə Xocalıda anadan olan Ceyran xanım köklü-əsilli xocalılıdır və Xocalı dəhşəti zamanı ən çox ailə üzvünü itirən şəxslərdən biri, bəlkə də birincisidir. 1983-cü ildən 1992-ci il fevralın 13-dək Xocalıda uşaq bağçalarının baş mühasibi işləyib. 1989-cu ildə Xocalı sakini Vasif Məmmədovla ailə həyatı qurub və birgə nikahlarından iki övladı var.

Xocalıdan çıxanda övladlarının birinin 2, digərinin isə 1 yaşı olub: "Yoldaşım Xocalının özünün müdafiə batalyonunda döyüşürdü. Evdə tək qalırdım, hər gecə qorxu içərisində yaşayırdıq. Ermənilər müxtəlif yollarla evlərə soxulur, sakinləri öldürürdü, aparırdı".

"Vertolyot gözümüzün önündə iki yerə bölündü və yerə düşdü"

C.Əzizova deyir ki, ermənilər 1991-ci il sentyabrın 10-dan 11-nə keçən gecə Xocalını ağır hərbi texnikalardan atəşə tutub. Səhərə qədər Kətik, Bozdağ və Mehtikənd yüksəkliyindən Xocalı "Qrad" atəşinə tutulub: "Səhər artıq insanlar nəfəs almağa çətinlik çəkirdi. O qədər "Qrad" atmışdılar ki, nəfəs ala bilmirdik. Havadan zəhər udurduq. Bozdağdan atılan bir "Qrad" bacımgilin evinə düşdü. Bir müddətdən sonra təcili tibbi yardım maşını həmin istiqamətə yollandı. Qonşularımızdan biri gəlib uşaqları məndən aldı və "bacıngil tərəfə get" dedi. Əvvəl heç nə başa düşmədim, sonradan məlum oldu ki, bacımın yoldaşı öldürülüb".

Xocalının ilk şəhidi C.Əzizovanın bacısının həyat yoldaşı Zahid Muradov olub. "Qrad" zərbəsi Z.Muradovun boynundan şah damarını kəsib. C.Əzizovanın 3 ay əvvəl ailə quran bacısı başsız qalıb...

Həmin gündən Xocalının şəhidləri artmağa başlayır. Əsgəran yolunda C.Əzizovanın 4 qohumu güllələnir, nəsil tamamilə yasa qərq olur.

Xocalının qara günləri başlayır. Şəhər oktyabr ayından tam mühasirəyə alınır və blokadaya düşür. Ermənilər Xocalının bütün quru yolunu bağlayır, giriş-çıxışlara postlar qurur. Xocalı dəhşətli faciələr yaşamağa başlayır. Şəhərə ərzaq da buraxılmır. Çörək maşınları vurulur, geri qaytarılır.

1992-ci il yanvarın 28-də Şuşaya gedən vertolyot Xocalının üstündən keçərkən erməni silahlı birləşmələri tərəfindən vurulur və ondan sonra şəhərə heç bir yardım gəlmir. C.Əzizova həmin hadisəni belə xatırlayır: "Vertolyot gözümüzün önündə iki yerə bölündü və yerə düşdü. Vertolyotun içərisindəki insanların qışqırtısı hələ də gözümün önündən getmir. Çox dəhşətli mənzərə idi".

Bu hadisədən sonra Xocalının hava yolu da tam bağlanıb. Nə yardım gətirən olub, nə köməyə gələn. 1992-ci il yanvarın 28-dən Xocalı sakinləri tam köməksiz və yardımsız qalıb.

"Xəmiri ocaqda qızardıb qənaətlə uşaqlara verirdik"

C.Əzizova deyir ki, iki azyaşlı körpə ilə günlərlə ac qalıb: "Qazımızı, işığımızı kəsdilər. Qaranlıqda qaldıq. Çörək sexlərini generatorlarla işlətmək istədilər, o da alınmadı. İş o yerə çatdı ki, Xocalıya heç bir yardım gəlmədiyindən şəhərdəki çörək sexləri evlərə qablarda xəmir paylamağa başladılar ki, acından ölməyək. Xəmiri ocaqda qızardıb qənaətlə uşaqlara verirdik. Əli silah tutan kişilər hamısı səngərlərdə idi. Soyuq qış günlərində səngərdəkilər gündən-günə xəstələnir, azyaşlılar qızdıqmadan yanır. Körpələrin qızdırmasının qarşısını almağa heç bir dərman da yox. Allahın ümidinə qalmışdıq. Fevralın 12-dən 13-nə keçən gecə həyat yoldaşım məni gətirib qoydu qayınanamgilə ki, körpə üşaqlarla tək qalmayım. Həmin axşam saat 10-a işləmiş Xocalıda evlər iriçaplı silahlardan atəşə tutuldu. Evlərin divarlarına söykənib qaldıq ki, güllə dəyməsin. Güllələr yağış kimi yağırdı evin içərisinə. Heç kimin sağ çıxmaq ehtimalı yox idi. Təxminən 20-30 dəqiqə ərzində atəş dayanmadı. Bizimkilərdə silah yox idi. Təqribən 10 adamdan birində silah var idi. Atəş kəsiləndən sonra qaynım qaça-qaça gəldi ki, artıq Xocalının taleyi həll olundu. Bildirdi ki, ermənilər bu atəşlə Xocalının gücünü yoxlamaq istəyirdilər, onlara məlum oldu ki, Xocalıda silah yoxdur".

11 gün Ağdamda qərargahda gecələyib yaxınlarından xəbər gözləyən qadın

Və nəhayət, fevralın 13-də C.Əzizova məcburi Xocalıdan çıxmalı olur...

Həyat yoldaşı onu və iki azyaşlı övladını təhlükəsizlik məqsədilə Xocalıdan vertolyotla Ağdama göndərir: "Həmin gün yaşlı və uşaqlı qadınları Xocalıdan çıxarmaq üçün iki vertolyot gəldi. Heç kim getmək istəmirdi, amma məcbur idik. Əvvəlcə vertolyotun biri yaralı və qocaları apardı. Bizə yer olmadı. Biz dərə-təpə ilə gəlib çayı keçdik. Bu vaxt bir yük vertolyotu göründü. Qaçdıq vertolyotun yanına. Bəlkə 500 adam vardı - yaralı, qoca, qadın, uşaqlı. Vertolyotun yük yeri də dolmuşdu. Mənə yer olmadı. Bu vaxt Xocalının icra başçısı Elman Məmmədov uşaqlarımı əlimdən alıb vertolyotun sürücüləri olan kabinəyə qoydu və məni də onların yanına mindirdi. Yoldaşım bizi həmin vertolyotla Gəncəyə yola saldı, özü isə geri qayıtdı. Amma mən dayana bilməyib Ağdama qayıtdım. Bütün əzizlərim Xocalıda idi".

C.Əzizova deyir ki, Ağdamda Xocalı ilə əlaqə saxlamaq üçün xüsusi qərargah yaradılıb: "Fevralın 14-dən 26-dək həmin qərargahın qarşısında yatdıq. Hər an xəbər gözləyirdik, amma heç nə demirdilər. Hər gün Xocalıya poçta zəng vururdum, qonşularımıza zəng vururdum ki, həyat yoldaşımdan, hamilə bacımdan, qohumlarımdan xəbər bilim. Fevralın 25-də Xocalı polis şöbəsinə zəng vurub həyat yoldaşımı soruşdum, çünki yoldaşımın ağciyərində problem var idi. Qonşularımızdan biri gəlib telefonda dedi ki, həyat yoldaşım postdadır, vəziyyəti yaxşıdır".

Martın 2-də gecə Xocalıdan 86 meyit yüklənmiş "Kamaz" gəldi

"Fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum olub, bizə deməyiblər. Səhər saat 6-da xəbər çıxdı ki, gecə Xocalıda hamını öldürüblər...

Xocalılar gələn tərəfə yollandım. 30 nəfərə qədər insan sağ çıxa bilmişdi, onların da ayaqları yalın, don vurmuş vəziyyətdə. Mənim qohumlarımdan heç kim yox idi. Bacımı axtardım, "gördüm" deyən yox idi. Şelli dərəsinə getdik ki, camaat oradan gəlir. O qədər yaralı, meyit gətirirdilər ki. Qohumlarımın heç birindən xəbər yox idi. Neçə gün Şelli dərəsində gələn yaralılara, gətirilən meyitlərə baxdım. Heç kimi tapa bilmədim. Bir həftədən sonra xəbər çıxdı ki, bacımı Tərtər rayonuna aparıblar. Nə yoldaşımdan xəbər vardı, nə qaynımdan, nə qayınatam, qayınanamdan, nə də qaynımın oğlundan.

Üç gündən sonra qayınanam girovluqdan buraxıldı, qan içində gəldi. O, deyəndən sonra bildik ki, qaynım və qaynımın oğlunu öldürüblər. Məlum oldu ki, mənim həyat yoldaşım qohumumuz, Milli Qəhrəman Araz Səlimova köməyə gedəndə mühasirəyə düşüb. Ermənilər Arazın bacısı və bacısı uşaqlarını girov götürüb, Arazdan və yoldaşımdan təslim olmasını istəyiblər. Məcburiyyət qarşısında qalan yoldaşım və Araz silahı yerə atıb təslim olaraq girovluqda olanları azad ediblər. Amma ermənilər Arazı və mənim həyat yoldaşımı xüsusi amansızlıqla öldürüblər. 5 gündən sonra atamı don vurmuş vəziyyətdə meşədən tapdılar. Bir müddət yaşayandan sonra dünyasını dəyişdi.

Martın 2-də gecə Xocalıdan 86 meyit yüklənmiş "Kamaz" gəldi. Həyat yoldaşımın meyitini oradan tapdıq, qarnı cırılmış, boynu qırılmış vəziyyətdə, qolunda güllə yerləri. Ermənilər onları Əsgəranda güllələyib dərəyə atmışdılar. Onları Ağdamda dəfn etdik. Bir müddətdən sonra həmin ərazi də ermənilər tərəfindən işğal olundu və indi o qəbirləri də ziyarət edə bilmirik".

Xocalı faciəsində C.Əzizova həyat yoldaşı ilə yanaşı, 68 nəfər qohumunu itirib: "Qaynım, qaynımın oğlu, baldızım, bibim, bibimin yoldaşı, iki oğlu və digər bibimin ailəsindən cəmi bir oğlu qalıb, qalanları ölüb. Əksəriyyətinin nə ölüsündən xəbər var, nə də dirisindən. Həmin gün itirdiyimiz qohumlarımızın 30 faizinin meyitini də tapa bilmədik. O boyda nəsildən bir qəbir var - Bakıda Şəhidlər xiyabanında Milli Qəhrəman Tofiq Hüseynovun qəbri. Qalan əzizlərimizin meyitlərindən xəbərimiz yoxdur".

C.Əzizova hazırda 25 və 26 yaşlı iki övladı ilə Pirşağıdakı pansionatda məskunlaşıb...

“Karvan-L” tender elan edir
“Karvan-L” tender elan edir
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
“PAŞA Sığorta” şirkəti “Bakı Gəmiqayırma Zavodu” və “Mərkəzi Klinika” MMC-nin elan etdiyi tenderlərin qalibi olub
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Dövlət Xidməti sahibkarlara tenderlərlə bağlı müraciət edib
Loading Bars
Xəbər lenti
Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
Ermənistanda keçmiş hərbçi casusluqda ittiham olunur
Abşeronda ruhanilər və ağsaqqallarla görüş keçirilib
Bakıda kimsəsiz uşaqlar tibbi müayinədən keçirilib (FOTO)
Azərbaycan XİN Fransa və Kanadaya cavab verib
Ağsuda həmkəndlisini güllələyən şəxsin işi məhkəməyə göndərilib
Şuşanın mədəniyyət paytaxtı elan edilməsi böyük əhəmiyyət daşıyır - Deputat
Azərbaycanda idmanın inkişafı istiqamətində aparılan uğurlu dövlət siyasəti öz səmərəli bəhrəsini verir - İsmayıl İsmayılov
Azərbaycan sülhməramlılarının Əfqanıstandan çıxarılması planlaşdırılır - Müdafiə Nazirliyi
Koronavirusa qarşı təkrar peyvəndin vurulması ilə bağlı alimdən AÇIQLAMA
Dünya Kubokunda bütün gimnastlara məşq üçün lazımi qədər vaxt verilib - Yunanıstan gimnastı
Buraxılış imtahanları ilə bağlı apelyasiya komissiyasına müraciət qaydaları açıqlanıb
İranda koronavirusdan ölənlərin sayı 74 mini keçib
Payızlıq əkinlər üçün gübrələrin səyyar satışından 8000-ə yaxın fermer yararlanıb (FOTO)
Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq
Müəllimlərin işə qəbulu ilə bağlı apellyasiya müsahibələri keçirilir
Suraxanıda qəsəbədaxili küçələr təmir edilir (FOTO)
Sabah Bakıda 20, rayonlarda 27 dərəcəyədək isti olacaq
Bakıda yarışlarda iştirak etmək həyəcanlı və xoşdur - Polşa gimnastı
Şuşada DOST Mərkəzinin filialı açılacaq - RƏSMİ
Arif Quliyev "Qurd qapısı" qəbiristanlığında dəfn edilib (ƏLAVƏ OLUNUB-2)
Xəzər dənizində zəlzələ olub
Odlar Yurdu Universitetinə ağır itki üz verib
ETSN "Azərsu”nu dənizi çirkləndirdiyi üçün məhkəməyə verib
BTQ Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verir - Baş direktor (FOTO)
Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlanıb
“Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” konfransının qalibləri mükafatlandırılıb (FOTO)
Pilot Rəşad Atakişiyevə şəhid statusu verilib
Universitetdə struktur dəyişikliyi edilib
Mənşəyi məlum olmayan 200 kq heyvan cəmdəyi aşkarlanıb (FOTO)
Kanada XİN Azərbaycanın 3 ermənini azad etməsini alqışlayır
“AccessBank”da yeni təyinat olub
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Gimnastika Federasiyası növbəti dəfə bizi qüsursuz təşkilatçılığı ilə təəccübləndirə bildi - Misir gimnastı
Agentlik qazilərin protezlə təminatında problemin olması ilə bağlı məlumatlara münasibət bildirib
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB
Heydər Əliyev Liderliyinin qalibiyyət və zəfər rəmzi!
Hökməli bələdiyyəsinin işçisi cəzalandırıldı (FOTO)
İtkin düşən kapitanın şəhid olduğu müəyyənləşdi
Qırğızıstanda damba uçuldu - Mindən çox sakin təxliyə olundu
“Petkim” istehsal gücünü 92%-ə çatdırıb
Ağdaşda sexdə fəhlənin qolu dəzgaha düşüb qopdu
Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib - SƏRƏNCAM
Fevralda yoluxma sayının azalması tibb işçilərinin əməkhaqqına təsir edib - Agentlik
Bayram namazı kütləvi şəkildə qılınmayacaq - Hacı Şahin Həsənli
Qoşqarçayda naməlum qadın meyiti tapılıb
Ötən gün ölkədə 19 yanğın olub, 3 nəfər xilas edilib
Ermənistanın mina xəritələrini verməməsi beynəlxalq hüquqda müharibə cinayəti kimi tanınmalıdır - Hüquq elmləri doktoru
Xalq artisti Arif Quliyevlə vida mərasimi keçirilir (FOTO/VİDEO)
Hadrut qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunub
Şuşaya yeni su kəmərinin tikintisinə başlanılıb
Küçədə daha 3 koronavirus xəstəsi aşkarlandı
Bakıda yeni avtobus dayanacaqları və nizamlanan piyada keçidi yaradılıb (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Gömrük Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)
13 min manatlıq kabel oğurlayan şəxslər saxlanıldı (FOTO)
Qadın sahibkarlar üçün biznes təlimləri keçirilib (VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun birinci günü başlayıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Qarşıdakı aylarda toylarla bağlı müəyyən standartlar formalaşacaq - Rəşad Mahmudov
Daha 3 qazimiz əməliyyat olundu (FOTO)
AVRO-2020-nin kuboku Prezident İlham Əliyevə təqdim olunub (FOTO/VİDEO)
Bakıda kütləvi davada qətl törədən dəstənin istintaqı başa çatdı
Keçmiş nazir müavininin cinayət işi məhkəməyə göndərildi
Ucarda mikroavtobusla evakuator toqquşub
Bu ölkələrdə koronavirusa yoluxdurmağa görə külli miqdarda cərimə kəsiləcək
Azərbaycanın Ro-Pax tipli gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)
Bakıda binadan başına daş düşən yeniyetmənin ölümü ilə bağlı cinayət işi başlandı
Mayın 7-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Dünya avtomobil şirkətləri bu ilin ilk yarısında istehsalı 2 milyon azaldacaq
Çexiya Aİ ölkələrindən aşılanan turistlər üçün sərhədləri açır
Fələstin-İsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər - BMT-nin xüsusi koordinatoru
Rio-de-Janeyroda "Braziliya" ştammının yeni mutasiyası aşkarlanıb
ABŞ hərbi komandanlığı qüvvələrinin Əfqanıstandan sentyabra qədər çıxarılmasına əmindir
Braziliyanın paytaxtında silahlı toqquşma: ən azı 25 ölü
Qətərin korrupsiyada ittiham edilən maliyyə naziri işdən azad edilib
Kolumbiya mətbuatı Qarabağda Ermənistanın apardığı kütləvi minalama haqda yazıb
Türkiyədə son sutkada koronavirusdan 37 298 nəfər sağalıb
ABŞ-ın Çin raketini vurmaq planı olmayıb - Pentaqon
Xalq artisti Arif Quliyev vəfat edib
Dünyada ötən sutka koronavirusa 847 mindən çox yoluxma qeydə alınıb - ÜST
Ceyhun Bayramov “TRACECA”nın Baş katibi Aset Asavbayev ilə görüşüb (FOTO)
Latviya hökumətinin qondarma "erməni soyqırımı" barədə qərarını rədd edirik - Türkiyə MN
Sabiq Maldiv prezidenti partlayış nəticəsində yaralanıb
Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfransın bölmə iclası keçirilib (FOTO)
Rusiya ilə ABŞ arasındakı münasibətlərin formatı barədə Putin qərar verəcək - ABŞ Dövlət katibi
Türkiyənin İraqdakı baş kosulluğu 7 illik fasilədən sonra fəaliyyətini bərpa edib
MDU-da “Sığorta biliklərinin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirilib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri dövlətimizin başçısının daim diqqət mərkəzindədir - Samir Nuriyev (FOTO)
Qida əlavələrinin sənayedə istifadəsi
Azərbaycan İlahiyyat İnstitutu dekanının elmi məqaləsi impakt faktorlu jurnalda dərc olunub
Heydər Əliyevin siyasi fəaliyyəti hər zaman milli ideallara bağlı olub -Tamam Cəfərova
Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)
Mingəçevir Dövlət Universitetində tələbə və magistrantlara smart tələbə kartları təqdim olunub (FOTO)
Qlobal iqtisadi çağırışlar: Azərbaycanın işğaldan azad olunmuş ərazilərində sosial-iqtisadi inkişafın əsas istiqamətləri (FOTO)
ATƏT-in hazırkı sədri Azərbaycanın 3 ermənini azad etməsini alqışlayıb
UNEC-də ulu öndərin 98-ci ildönümünə həsr olunan konfrans keçirilib (FOTO)
DGK bayram günləri gündəlik iş rejimində fəaliyyət göstərəcək
Bütün xəbərlər