...

Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2016 15:44 (UTC +04:00)
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 201 və 238 saylı orta məktəblərdə tədbirlər keçirilib.
Nizami rayonunda Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 201 və 238 saylı orta məktəblərdə tədbirlər keçirilib.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün görülməsi vacib olan işlərdən danışıblar. Bildirilib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Natiqlər ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Tədbirlərdə məktəblilərin ifasında Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti