...

Nazir vətəndaşlarla görüşüb (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2016 13:03 (UTC +04:00)
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşlarla görüşüb.
Nazir vətəndaşlarla görüşüb (FOTO)

Bakı. Trend:

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Neftçala, Salyan, Biləsuvar və Cəlilabad rayonlarında yaşayan vətəndaşlarla görüşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı 40-a yaxın vətəndaşın təklif və müraciətləri dinlənilib, şikayətlərinə baxılıb. Müraciətlər əsasən, ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, biomüxtəliflik, bioresurslar, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.

Qəbula yazılmış hər bir vətəndaşın müraciətini dinləyən nazir, şikayətlərin qanunvericiliyə uyğun qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Eyni zamanda vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, qaldırılan digər məsələlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti