...

BDU-nun liseyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2016 15:52
Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.
BDU-nun liseyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, soyqırımda həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək, ən qəddar və amansız terror hadisələrindən olan faciə barədə danışıb.

Sonra BDU-nun dosenti Nuru Məmmmədov "Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır" məruzəsi ilə çıxış edib. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxdığını deyən alim tarix boyu erməni separatçıları və qəsbkarlarının xalqımıza qarşı tərətdiyi qətliamlardan bəhs edib.

Daha sonra Xocalı soyqırımı baş verən zaman 7 sinifdə oxuyan və onun canlı şahidi olan "Azərbaycan müəllimi" qəzetinin şöbə müdiri Niyaz Rəhimov çıxış edib.

Liseyin şagirdləri Ayşən Oruclu və Gülzar Məmmədzadə qanlı olayla bağlı şeirlər söyləyiblər, videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti