...

Ruslar Azərbaycana gələn turistlərin 30%-dən çoxunu təşkil edir

Cəmiyyət Materials 25 Fevral 2016 17:49 (UTC +04:00)
Rusiyadan Azərbaycana gələn turistlər ölkəmizə səfər edən turistlərin 30 faizdən çoxunu təşkil edir.
Ruslar Azərbaycana gələn turistlərin 30%-dən çoxunu təşkil edir

Bakı. İlhamə İsabalayeva - Trend:

Rusiyadan Azərbaycana gələn turistlər ölkəmizə səfər edən turistlərin 30 faizdən çoxunu təşkil edir. Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Rusiyada keçirilən "Rusiya və MDB ölkələrində qış turizmi: inkişafın perspektivləri" adlı "dəyirmi masa"da deyib.

V.Şixəmmədov Azərbaycanda son 5 ildə qış turizminin yeni turizm məhsulu kimi yaradıldığını və inkişaf etdirildiyini qeyd edib. Şahdağ Turizm Mərkəzi və Tufandağ Qış-Yay Turizm Kompleksinin yaradılmasının da ölkədə qış turizminin inkişafını göstərdiyini xüsusi vurğulayıb.

O bildirib ki, gələcəkdə dünyada mövcud olan səhər yeməyi brendləri sırasına "Azərbaycan Breakfast" adlı brendin də qoşulması prioritet istiqamətlərdəndir.

"Azərbaycan Breakfast" brendi Mədəniyyət və Turizm Nazirliyinin layihəsidir və bu layihənin yaradılmasında məqsədi ölkəmizə gələn turistlərə Azərbaycan mətbəxinin özəlliklərini göstərməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti