...

Kiprdə avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib

Cəmiyyət Materials 29 Fevral 2016 11:02 (UTC +04:00)
Şimali Kipr Türk respublikasında dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib.
Kiprdə avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib

Bakı. Trend:

Şimali Kipr Türk respublikasında dünən axşam saatlarında baş verən avtomobil qəzası nəticəsində iki azərbaycanlı tələbə vəfat edib.

Bu barədə Trend Kibrispostasi qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, qəza nəticəsində Nicat Hacızadə və Yunus Ərəbov xəstəxanada aldıqları xəsarətlər nəticəsində keçiniblər.

Qəza nəticəsində digər azərbaycanlı tələbə - Anar Süleymanlı xəsarət alıb. A.Süleymanlının vəziyyətinin normal olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti