...

142 - "Çağrı mərkəzi"nə edilən müraciətlərin 95,6 faizi sorğu xarakterlidir

Cəmiyyət Materials 2 Mart 2016 10:25 (UTC +04:00)
Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə edilən müraciətlərin 95,6 faizi sorğu xarakterli olub.
142 - "Çağrı mərkəzi"nə edilən müraciətlərin 95,6 faizi sorğu xarakterlidir

Bakı. Trend:

Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142- "Çağrı mərkəzi"nə edilən müraciətlərin 95,6 faizi sorğu xarakterli olub.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin fevral ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 -"Çağrı mərkəzi"nə 18072 müraciət daxil olub. Onlardan 95,6 faizində (17 287 müraciət) vətəndaşların nazirliyin fəaliyyət dairəsinə adi məsələlərlə əlaqədar sorğuları əksini tapıb.

Nazirliyin mütəxəssisləri tərəfindən hər bir sorğu ilə bağlı vətəndaşlara aydın şəkildə və ətraflı izahatlar verilib. Digər 785 müraciətdə rəy, təklif və şikayətlər ifadə olunub və həmin müraciətlər araşdırılmaq üçün müraciət vərəqi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib.

Fevral ayında 142 -"Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 8 658-i (47,9 faiz) sosial təminat, 2 099-u (11,6 faiz) əlilliyin müəyyən edilməsi və reabilitasiya, 3 016-sı (16,7 faiz) əmək qanunvericiliyi, 1 816-sı (10 faiz) məşğulluq, 2 483-ü (13,7 faiz) isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə məsələlərini əhatə edib.

Ötən ay Nazirliyin elektron xidmətlərindən istifadə məsələləri ilə əlaqədar 142 -"Çağrı mərkəzi"nə edilən müraciətlərin sayında əvvəlki yanvar ayı ilə müqayisədə 13,5 faiz artım qeydə alınıb ki, bu da həmin e-xidmətlərdən faydalanmaq istəyənlərin sayının getdikcə artdığını göstərir.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında 142 -"Çağrı mərkəzi" tərəfindən vətəndaşların 31,5 mindən çox müraciətinin cavablandırılması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti