...

Xarici universitetlərin alimləri Bilik Fondunda olublar (FOTO)

Cəmiyyət Materials 4 Mart 2016 17:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində Xarkov, Kiyev, Minsk və Permdə fəaliyyət göstərən universitetlərin alimləri Fondun qonağı olublar.
Xarici universitetlərin alimləri Bilik Fondunda olublar (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Dünya elmi Azərbaycanda" layihəsi çərçivəsində Xarkov, Kiyev, Minsk və Permdə fəaliyyət göstərən universitetlərin alimləri Fondun qonağı olublar.

Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, Yaroslav Mudrıy adına Milli Hüquq Universitetinin kafedra müdiri, professor Yarotskiy Vitaliy Leonidoviç, Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru İrina Andreevna Dikovskaya, "Mitso" Beynəlxalq Universitetinin professoru Bondarenko Natalya Leonidovna, Perm Universitetinin professoru Kuznetsova Olqa Anatoliyevna Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər.

Görüşdə Bilik Fondunun fəaliyyəti barədə ətraflı məlumat verən icraçı direktor rəhbərlik etdiyi qurumun xarici əlaqələrindən, beynəlxalq müstəvidə həyata keçirilən layihələrdən danışıb.

Qonaqlar təmsil etdikləri universitetlərin tədris istiqamətindən, əldə olunan elmi yeniliklərdən bəhs ediblər və Bilik Fondu ilə əməkdaşlığın perspektivlərindən söz açıblar.

Ukrayna və Belarusdan olan alimlər Fondun Aparat rəhbəri, professor İsaxan Vəliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da olublar. Rektor, Bilik Fondunun Himayəçilik Şurasının üzvü, akademik Urxan Ələkbərovla görüşən alimlər təhsil ocağında tədrisin istiqamətləri və özünəməxsusluğu ilə maraqlanıblar. Elmi biliklərin inkişafi, əldə olunan nəticələrə görə tətbiq sahələrinin genişləndirilməsi məqsədilə əməkdaşlığın vacibliyini vurğulayıblar. Xarici alimlər təmsil etdikləri universitetlərin əldə etdikləri nəticələr barədə geniş məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti