...

Azərbaycanda kənd məktəblərində işləmək istəyən müəllimlərin sayı artıb

Cəmiyyət Materials 7 Mart 2016 09:34 (UTC +04:00)
Azərbaycanda işləmək üçün kənd məktəblərini seçən müəllimlərin sayı artıb.
Azərbaycanda kənd məktəblərində işləmək istəyən müəllimlərin sayı artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda işləmək üçün kənd məktəblərini seçən müəllimlərin sayı artıb.

Trend-in "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat"a istinadən verdiyi məlumata görə, müəllimlərin işə qəbulu üçün çevik və obyektiv mexanizmin tətbiqi müəllim peşəsinə marağın artmasına bilavasitə təsir edib.

Əgər 2 il əvvəl müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlərin sayı 17 min nəfər idisə, 2015-ci ildə onların sayı artaraq 24 min nəfər olub.

Kənd məktəblərində işə qəbul olunmuş 1800 nəfər gənc mütəxəssisə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həvəsləndirmə tədbirləri tətbiq edilib ki, bu da kənd məktəblərini seçənlərin sayının əvvəlki dərs ilinə nisbətən 30 faiz artmasına səbəb olub.

Ötən il həm də kənd məktəblərində işləyən gənc müəllimlərə güzəştli şərtlərlə torpaq sahəsinin ayrılması və ipoteka kreditlərinin verilməsi ilə bağlı yeni təkliflər hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti