...

2 minə yaxın vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət göstərilib

Cəmiyyət Materials 9 Mart 2016 10:09 (UTC +04:00)

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə şəhər və rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər keçirilir.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, işin səmərəliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə növbəti belə tədbirlər respublikanın Neftçala və Tərtər, həmçinin paytaxtın Binəqədi, Qaradağ, Xəzər rayonlarının polis şöbə və idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakları ilə həmin rayonlarda baş tutub.

Keçirilmiş səyyar xidmətlər zamanı Binəqədi rayonunda 188, Müşfiqabad qəsəbəsində 383, Biləcəri qəsəbəsində 740, Şüvəlan və Binə qəsəbələrində 330, eyni zamanda, Neftçala rayonunda 92, Tərtər rayonunun Qapanlı və Yuxarı Qaradağlı kəndlərində 250 vətəndaşın, ümumilikdə, 2 minə yaxın vətəndaşın müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə mütəmadi şəkildə təşkil olunan belə tədbirlər respublikanın digər bölgələrində də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti