...

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Almaniya multikulturalizmi müzakirə olunub

Cəmiyyət Materials 11 Mart 2016 14:54 (UTC +04:00)
Martın 11-də Auqsburq Universitetinin professoru Klaus Volf Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Almaniya multikulturalizmi: dünəni, bu günü və sabahı” mövzusunda mühazirə oxuyub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Almaniya multikulturalizmi müzakirə olunub

Bakı. Trend:

Martın 11-də Auqsburq Universitetinin professoru Klaus Volf Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində "Almaniya multikulturalizmi: dünəni, bu günü və sabahı" mövzusunda mühazirə oxuyub.

Bu barədə Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən məlumat verilib.

Alim və mütəxəssislərin qatıldığı tədbirdə professor Almaniyada multikultural ənənələrin keçmişindən və hazırkı durumundan söz açıb, doğma şəhəri Auqsburqda müxtəlif dinlərin və xristianlığın fərqli təriqətlərinin daşıyıcılarının əsrlərdir birgə, yanaşı yaşadığını vurğulayıb.

Klaus Volf Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən məscidlər, kilsələr və sinaqoqolar haqqında iştirakçılara ətraflı məlumat verib.

Professor Azərbaycan və Almaniya multikulturalizmi modellərinin spesifik cəhətlərindən bəhs edərək müqayisəli təhlil aparıb.

Alim bu yaxınlarda özünün təşkilatçılığı ilə Almaniyanın Auqsburq Universitetində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici ölkə universitetlərində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi layihəsi çərçivəsində Azərbaycan multikulturalizmi üzrə intensiv kurs təşkil olunduğunu xatırladıb. Professor bildirib ki, beş gün ərzində (hər gün saat 08:00-dan 19:00-dək) davam edən kursa universitetin filologiya və tarix fakültələrinin 10 tələbəsi qatılıb.

Klaus Volf hazırda Almaniyada multikulturalizm mövzusunun geniş müzakirələrə səbəb olduğunu, lakin bununla yanaşı müsbət proqnozların və perspektivlərin hər zaman mümkünlüyünü vurğulayıb.

Sonda K.Volf tədbir iştirakçılarının suallarını cavablandırıb, mövzu ətrafında geniş diskussiya aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti