"Qarabağa yaz gələcək" (FOTO)

"Qarabağa yaz gələcək" (FOTO)

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrdə Novruz bayramının keçirilməsi ilə bağlı tədbirlər planına əsasən, ilk teatrlaşdırılmış kütləvi hərbi vətənpərvərlik mərasimi Xocavənd rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib.

Xocavənd rayonu nəinki Azərbaycanın, habelə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Azıx və Tağlar mağaraları, neçə-neçə arxeoloji və memarlıq abidələri, alban kilsələri, köhnə qəbiristanlıqlar, pirlər, ocaqlar zaman-zaman dünya səyyah və arxeoloqlarının diqqət mərkəzində olub. Keçmiş Sovetlər İttifaqı ərazisində ən qədim abidə Xocavənd rayonu ərazisində idi. Rayon 1923-cü ilədək Aşağı Qaranlıq adlandırılıb. Bu ad rayon ərazisindəki Qaranlıq dağından götürülüb. Lakin XIX əsrin sonlarında bura köçürülmüş ermənilərin hesabına rayonda onların sayı çoxaldılıb, azərbaycanlılar sıxışdırılaraq öz doğma yurd yerlərindən zorla çıxarılıblar. Ermənilər burada məskunlaşdıqdan sonra rayon Nijni Qaranlıq, Cüməbazarı, Xonaşen, Martuni adlandırılıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci ildə rayonun adı Xocavənd, yəni "Xocalı nəsli" kimi rəsmiləşdirilib.

1992-ci ilin oktyabrında Xocavənd rayonu Ermənistan silahlı bölmələri tərəfindən işğal olunsa da, xocavəndlilər son gülləyə, son ana qədər vuruşublar. Xocavənd 146 nəfər şəhid verib. 300 nəfərdən çox insan sağlamlığını itirib və ya əlil olub. 243 uşaq valideynlərindən birini, 68 qadın həyat yoldaşını itirib. Girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda erməni vəhşiliyinin qurbanı olub, bir ailədən 3 uşaq hər iki valideynini itirib. Azərbaycanlılar yaşayan 10 kənd tamamilə dağıdılaraq viran edilib. Bütün bunlara baxmayaraq, xocavəndlilər ruhdan düşməyib, ümidləri qırılmayıb, Xocavəndə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

İndi Silahlı Qüvvələrimizin bütün qoşun növlərində, xüsusilə cəbhə bölgələrində neçə-neçə xocavəndli Vətən qarşısında əsgəri borcunu şərəf və ləyaqətlə yerinə yetirir, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi ixtisaslara yiyələnirlər. Xocavədlilər bu gün də ordumuzla birlikdə Qarabağ uğrunda döyüşlərə atılmaq üçün Ali Baş Komandanın hər bir əmrinə hazırdırlar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bütün bunlar barədə yeni salınmış Xocavənd qəsəbəsində "Qarabağa yaz gələcək" devizi altında keçirilən ordu ilə xalqın birlik bayramında geniş söhbət açılıb.

Bayraq meydanına doğru irəliləyən yürüş iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüb, ulu öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Bayraq meydanına toplaşan böyük izdiham Müdafiə Nazirliyi rəsmilərini, millət vəkillərini, ayrı-ayrı rayonlardan gələn Xocavənd uğrunda döyüşlərin iştirakçılarını, müharibə veteran və əlillərini alqışlarla qarşılayıblar.

Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə keçirilən tədbir Xocavənd rayonu tarixində əlamətdar hadisə, ordu ilə xalqın monolit birliyinin nümayişi olmaqla yanaşı, həm də tamaşaçılarda tezliklə Qarabağa yaz gələcəyinə böyük inam aşılayıb.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri "Azərbaycan fanfarası"nı ifa edib.

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansanblının, rayon Mədəniyyət və Turizm, Təhsil şöbələri birləşmiş özfəaliyyət kollektivlərinin, tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən tetrlaşdırılmış kütləvi vətənpərvərlik mərasimi böyük coşğu ilə qarşılanıb.

Xocavənd rayon İcra Hakmiyyətinin başçısı Eyvaz Hüseynov qonaqları və tədbir iştirakçılarını salamlayıb. Novruz bayramı ərəfəsində belə bir kütləvi vətənpərlik tədbirinin çox böyük əhəmiyyət kəsb etdiyini, bu tədbirin xocavəndlilərə, cəbhə bölgəsində xidmət edən Azərbaycan əsgərinə gözəl Novruz töhfəsi olduğunu vurğulayıb və tədbirin təşkilatçısı olan Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, millət vəkillərindən Elman Məmmədov, professor Xanhüseyn Kazımlı, birlik komandiri polkovnik Mais Bərxudarov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev və başqaları çıxış edərək Azərbaycan ordusunun güc və qüdrətindən, xalqın daim öz ordusuna arxa-dayaq olmasından və hər gün atəşkəs rejiminin pozulmasına baxmayaraq Vətən müdafiəçilərinin xalqımızı xoş xəbərlərlə sevindirdiyindən qürur duyduqlarını bildiriblər.

Vizual görüntülərlə müşaiyət olunan ordu ilə xalqın birlik bayramında bir-birindən maraqlı ədəbi-musiqili kompozisiyalar, etnoqrafik lövhələr, ordu həyatından səhnələr canlandırılıb.

Bir qrup Qarabağ müharibəsi veteranı və hərbi qulluqçu Müdafiə Nazirliyinin hədiyyələri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi "Fədai" medalı ilə təltif olunub.

Tədbirin sonunda bütün iştirakçılar Heydər Əliyev ideyalarına, Vətənə, xalqa, dövlətə sadiq və Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını Azərbaycan Respublikasının Dövlət Himnini birlikdə ifa etməklə bir daha bəyan ediblər.

Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST
Türkiyədə koronavirusdan sağalanların sayı 4,7 milyonu ötüb
Türkiyədə koronavirusdan sağalanların sayı 4,7 milyonu ötüb
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Loading Bars
Xəbər lenti
Ağcabədidə yol qəzası baş verib, xəsarət alan var
Lavrov bu gün Azərbaycana səfər edəcək
Gədəbəy polisi ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Dünyada ötən sutka koronavirusa 786 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür
Türkiyədə koronavirusdan sağalanların sayı 4,7 milyonu ötüb
Türklərlə düşmənçilik yalnız Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan
Şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Prezident İlham Əliyevin rəsmi “Facebook” səhifəsində Ulu Öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı paylaşım edilib (FOTO)
Misir iyunda Çinin "Sinovac" peyvəndinin istehsalına başlayacaq
Hemilton İspaniya Qran Prisinin qalibi olub
Heydər Əliyev bu gün beynəlxalq arenada iri fiqura çevrilmiş Azərbaycanın möhkəm təməlini qoyub - Rob Sobhani
Azərbaycanın dörd para-taekvandoçusu Tokio-2020-yə lisenziya qazandı (ƏLAVƏ OLUNUB)
Suriya sahillərində tanker partlayıb
Bakıda minik avtomobili dəmir maneəyə çırpılıb, ölən var
Yol polisi İsmayıllıda reyd keçirib (FOTO)
Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazıb
Milli Gimnastika Arenasında gimnastlar üçün ən yaxşı şərait yaradılıb - Jalə Qaratova
76 il əvvəl faşizm üzərində qələbə çalan babalarımızın davamçıları erməni faşizminin başını əzdi - Könül Nurullayeva
Yarışlardan sonra emosiyalar müsbətdir - Dünya Kubokunda bürünc medal qazanmış Azərbaycan komandası
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (FOTO)
Ermənistanda Njdenin şəxsiyyətinə pərəstiş nasist Almaniyasında Hitler şəxsiyyətinə pərəstişlə müqayisə oluna bilər - Oleq Kuznetsov
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
Gazelli Group şirkəti İkinci Dünya Müharibəsi veteranlarını özünəməxsus şəkildə təbrik edib (FOTO)
Azərbaycanda 1539 nəfər COVID-19-dan sağalıb, 660 nəfər yoluxub
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bolqarıstan 3 halqa və 2 cüt gürzlə hərəkətlərdə Dünya Kubokunun qalibi olub
“Suraxanı” gəmi muzeyi 10 may tarixindən vətəndaşların istifadəsinə veriləcək
Ombudsman beynəlxalq təşkilatlara çağırış edib
Bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günündə maraqlı anlar (FOTO)
Bolqarıstan gimnastı Dünya Kubokunda lentlə hərəkətlərdə birinci olub
Faşizm üzərində qazanılan Qələbənin 76-cı ildönümü Beyləqanda qeyd edilib (FOTO)
Zəngilanda əkilən palıd toxumları cücərməyə başlayıb - Nazirlik (FOTO)
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda daha bir qızıl medal qazandı
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun qalibləri mükafatlandırılıb (FOTO)
Azərbaycan komandası 5 topla hərəkətlərdə Dünya Kubokunun bürünc medalını qazanıb
Müdafiə Nazirliyinin rəhbərliyi Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edib (FOTO)
Azərbaycanın Ermənistanla sərhədində daha bir hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
İtaliyalı gimnast Dünya Kubokunda topla hərəkətlərdə qalib gəlib
Şuşa şəhərində Böyük Vətən müharibəsində Qələbənin 76-cı ildönümü qeyd olunub
İsrail gimnastı Linoy Aşram Dünya Kubokunda halqa ilə hərəkətlərdə qızıl medal qazanıb
İsveçrə nəşri Azərbaycan Prezidentinin Şuşanı mədəniyyət paytaxtı elan etməsindən yazır
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər (FOTO/VİDEO)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü günü başlayıb (FOTO)
96 yaşlı müharibə veteranı: Ulu öndər Heydər Əliyevdən gördüyümüz diqqət və qayğını indi Prezident İlham Əliyevdən görürük (VİDEO)
Azərbaycan xalqı Heydər Əliyev kimi dühanı yetişdirdiyi üçün xoşbəxtdir - Əflatun Amaşov
Azərbaycan aprel ayında “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
FHN küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Moskvada hərbi parad keçirilir
Mingəçevir Dövlət Universitetində 9 May - Qələbə Gününə həsr olunan konfrans keçirilib
Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ailələrində ziyarət edilib (FOTO)
Böyük Vətən müharibəsi veteranları ilə görüş keçirilib (FOTO)
Azərbaycan Sənaye Korporasiyası ağacəkmə aksiyası keçirib (FOTO)
Göygöl Milli Parkının ərazisinə balıq körpələri buraxılıb (FOTO)
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edilib (FOTO)
Türkiyə səfiri Azərbaycan xalqını təbrik edib
100-dən çox diaspor könüllüsü və gənci “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda keçirilən konfransa qatılıb
Azərbaycan XİN 9 May Qələbə Günü ilə bağlı bəyanat yayıb
Əfqanıstanda silahlı qarşıdurmada yeddi polis öldürülüb
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib (FOTO)
Bu gün sonuncu Qədr gecəsidir
Los-Ancelesdə Azərbaycanın faşizm üzərində qələbəsindəki roluna dair film hazırlanıb (VİDEO)
Papua-Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 15 nəfər ölüb
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Bütün xəbərlər