...

Maliyyə Nazirliyinin kollektivi ağacəkmə kampaniyası keçirib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2016 15:06 (UTC +04:00)
Martın 19-da Azərbaycan Maliyyə Nazirliyinin kollektivi Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə ilə bağlı iməclik keçirib.
Maliyyə Nazirliyinin kollektivi ağacəkmə kampaniyası keçirib (FOTO)

Bakı. Trend:

Martın 19-da Azərbaycan Maliyyə Nazirliyinin kollektivi Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun ətrafında ağacəkmə ilə bağlı iməclik keçirib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Maliyyə Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi iməclik zamanı ərazidə ölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, xeyli sayda ağac və kol bitkiləri əkilib. Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, eyni zamanda əvvəlki illərdə həmin ərazidə əkilmiş ağaclara da qulluq olunub, suvarma işləri görülüb.

Bu gün Bakı şəhəri və Abşeron yarımadasında ağacəkmə və yaşıllaşdırma istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən belə iməcliklərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti