...

"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində səbailli yeniyetmələr Naxçıvana yola düşüb (FOTO)

Cəmiyyət Materials 24 Mart 2016 12:17 (UTC +04:00)
Səbailli yeniyetmələrin daha bir qrupu Naxçıvana yola düşüb.
"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində səbailli yeniyetmələr Naxçıvana yola düşüb (FOTO)

Bakı. Trend:

Səbailli yeniyetmələrin daha bir qrupu Naxçıvana yola düşüb.

Bu barədə Trend-ə Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsindən məlumat verilib.

Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikanın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi altında maarifləndirici tur-aksiyasının ikinci mərhələsi çərçivəsində Bakı şəhəri Səbail rayonundan olan daha qrup məktəblinin Naxçıvana yola salınması mərasimi keçirilib.

"Sahil bağı"nda təşkil olunan mərasimdə rayon rəhbərliyi, aksiya iştirakçısı olan məktəblilər, onların valideynləri və təhsil aldıqları məktəblərin direktorları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini Abit Əliyev şagirdlərə turun məqsədi barədə məlumat verib, dövlət başçısı İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb.

Bildirilib ki, iştirakçılar rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər arasından seçiliblər. Bu tur-aksiya sərçivəsində bir neçə gün əvvəl rayon məktəblilərinin birinci qrupu Naxçıvanda olub, buranın görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olublar.

Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxıb. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsində ilk dəfə idi ki, olundular və onlar evlərinə çox böyük təəssüratlarla qayıdıblar. Tur müddətində təşkilatçılar tərəfindən yeniyetmələr üçün hər cür şarait yaradılıb.

Qeyd olunub ki, bu tur aksiya çərçivəsində Naxçıvandan da Bakı şəhərinə yeniyetmələrin böyük qrupu gəlmişdi. Onlar paytaxtımızın, o cümlədən Bakının mərkəzi rayonu olan Səbail rayonunun görməli yerləri, mədəniyyət ocaqları ilə tanış olub və məktəblilərin maraqlı istiahəti təşkil olunub. Eyni ilə bu gün də Naxçıvan məktəblilərinin növbəti qrupu Bakı şəhərinə gələcək və onların da paytaxtımızda istirahət və gəzintiləri təşkil olunacaq.

Bu səfərlərin yeniyetmə və gənclərin bilik və savadının, dunya görüşünün artırılması istiqamətində mühüm bir tədbirlər olduğu xüsusi qeyd olunub.

Sonra səbailli məktəblilər Səbail rayon İcra Hakimiyyətinin qarşısında şəkil çəkdirib və Naxçıvana yola düşmək üçün Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava limanına yola salınıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti