...

Sabah paytaxtda mulayim, bölgələrdə yağmurlu hava olacaq

Cəmiyyət Materials 25 Mart 2016 13:10 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
Sabah paytaxtda mulayim, bölgələrdə yağmurlu hava olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 9-13, gündüz 15-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % təşkil edəcək.

Martın 26-27-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti