...

Dövlət qulluğuna qəbulla bağlı test imtahanları aprelin 1-dən başlayır

Cəmiyyət Materials 31 Mart 2016 12:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 9 fevral tarixindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün elan etdiyi müsabiqənin ilk mərhələsi olan test imtahanı mərhələsi 1 apreldən başlayır.
Dövlət qulluğuna qəbulla bağlı test imtahanları aprelin 1-dən başlayır

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 9 fevral tarixindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci təsnifatına uyğun olan 92 vakant vəzifənin tutulması üçün elan etdiyi müsabiqənin ilk mərhələsi olan test imtahanı mərhələsi 1 apreldən başlayır.

Bu barədə Trend-ə Komissiyadan məlumat verilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 2687 nəfər qeydiyyatdan keçmişdir. Onlardan 2477 nəfəri Dövlət Statistika Komitəsinin mərkəzi aparatında olan 75 vakant vəzifə üzrə qeydə alınmışdır.

Vakant vəzifələr üzrə ən böyük müsabiqə vəziyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Maliyyə və təminat şöbəsində baş məsləhətçi vəzifəsi (48 namizəd) olmuşdur.

Test imtahanı qrafiki Komissiyanın internet saytında (www.dqmk.gov.az) yerləşdirilmişdir.

Təqdim edilən qrafikdə namizədlər dövlət orqanları üzrə iddia etdikləri inzibati vəzifələr üçün nəzərdə tutulmuş test imtahanı tarixini və vaxtını aktiv etməklə öz adlarını tapa bilərlər. Komissiyada mobil telefon nömrəsi və elektron poçt ünvanı qeydə alınmış namizədlərə test imtahanının keçirilmə vaxtı barədə qısa SMS və elektron məktub göndərilmişdir.

Test imtahanının kompüter vasitəsilə keçirilməsini təmin etmək məqsədilə Komissiya tərəfindən hazırlanmış "Test imtahanı" sistemi ilə namizədlər Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) ətraflı tanış ola bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri yoxlanılacaqdır:

1. Azərbaycan dili, tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri sahəsində - 15 test tapşırığı;
2. qanunvericilik sahəsində - 40 test tapşırığı;
3. informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;
4. məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

Namizədlərin imtahana daha yaxşı hazırlaşması üçün Komissiyanın tərtib etdiyi test imtahanı proqramları və metodiki vəsait və onların tərtib edilməsində istifadə olunan ədəbiyyat siyahısı Komissiyanın rəsmi internet saytında (www.dqmk.gov.az ) yerləşdirilmişdir.

Hər bir namizədə test imtahanı qurtaran kimi dərhal onun nəticələrini əks etdirən arayış təqdim ediləcək. Eyni zamanda nəticələr Komissiyasının rəsmi internet saytında da yerləşdiriləcəkdir.

Namizədlər Komissiyanın rəsmi İnternet saytının elektron xidmətlər bölməsi (http://exidmet.csc.gov.az/TI), həm də "Elektron hökumət" portalı (https://www.e-gov.az/az/services/read/3223 ) vasitəsilə ödənişsiz olan və real vaxt rejimində interaktiv şəkildə həyata keçirilən onlayn sınaq test imtahanları vasitəsilə test blokları üzrə biliklərini yoxlaya bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti