...

Millət vəkili: Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirirlər

Cəmiyyət Materials 2 Aprel 2016 14:50 (UTC +04:00)
Ermənilər daim Azərbaycana qarşı təxribata əl atıblar və bu niyyətlərini davam etdirirlər.
Millət vəkili: Ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirirlər

Bakı. Samir Əli - Trend:

Ermənilər daim Azərbaycana qarşı təxribata əl atıblar və bu niyyətlərini davam etdirirlər. Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Əliyev deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti həmişə beynəlxalq tədbirlərdə sülhlə bağlı danışıqların zəruriliyini qeyd edəndə Ermənistan tərəfi belə təxribatlar törədir: "Ötən gecə Ermənistan tərəfindən Azərbaycana qarşı başlanan bu təxribat həddən ziyadə həyasızcasına təxribatdır. Onlar dinc azərbaycanlılara atəş açırlar, sonra da Azərbaycanı ittiham edirlər. Çox təəssüf ki, burada bəzi qüvvələrin də təsiri hiss olunur ki, Azərbaycana qarşı o qüvvələr də Ermənistanla bir mövqedən çıxış edirlər. Hesab edirəm ki, Azərbaycan tərəfi bütün dünyaya, beynəlxalq təşkilatlara Ermənistanın bu təxribatı haqqında ətraflı məlumat verməlidir və Ermənistana qarşı ciddi tədbirlərin görülməsi ilə bağlı tələblər irəli sürməlidir".

B.Əliyev qeyd edib ki, Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün yetərli gücü var: "Azərbaycan dövləti əhalisinin təhlükəsizliyini təmin etmək imkanındadır. Amma bilirik ki, işğal olunmuş ərazilərimizdə yerləşdirilmiş Ermənistan silahlı qüvvələri tərəfindən bizim dinc əhalinin yaşadığı kəndlər və qəsəbələr daim atəşə tutulur. Azərbaycan Ordusu da onları susdurur. Düşünürəm ki, Azərbaycan Ordusu heç nədən çəkinmədən erməni silahlı birləşmələrinin həmin məntəqələrini birdəfəlik susdurmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti