...

FHN-in təyyarəsi tapılmış meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb

Cəmiyyət Materials 4 Aprel 2016 12:44 (UTC +04:00)
Fövqəladə Hallar Nazirlyiinin (FHN) təyyarəsi tapılmış meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.
FHN-in təyyarəsi tapılmış meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirlyiinin (FHN) təyyarəsi tapılmış meyitin Vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.

Bu barədə Trend FHN-nin saytına istinadən xəbər verir.

2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin, ilkin olaraq, "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti