...

İsraildən Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz

Cəmiyyət Materials 5 Aprel 2016 20:01 (UTC +04:00)
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində atəşkəsin kobud şəkildə pozulmasına etirazını bildirib.
İsraildən Ermənistanın Azərbaycana qarşı təcavüzünə etiraz

Bakı. Trend:

İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində atəşkəsin kobud şəkildə pozulmasına etirazını bildirib. Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Təşkilat tərəfindən yayılan bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozaraq Azərbaycanın cəbhəboyu ərazilərini atəşə məruz qoyub və nəticədə dinc sakinlər öldürülüb. Baş verənlərlə bağlı narahatlığını ifadə edən diaspor təşkilatı vurğulayıb ki, hazırki status-kvonun saxlanması bölgə xalqlarının maraqlarına cavab verməməklə yanaşı, təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə ciddi təhdid olaraq qalır.

Bəyanatda bildirilir: "Baş verən hadisələrə son qoymaq məqsədilə, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının müvafiq qətnamələri Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilməli və işğalçı respublika silahlı qüvvələrini təcili şəkildə işğal olunmuş ərazilərdən çıxarmalıdır".

Bəyanatda, həmçinin Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi və Azərbaycan dövlətinə vurulan maddi və mənəvi ziyanla bağlı faktlar diqqətə çatdırılıb. Həmçinin Ermənistan dövləti qeyri-konstruktiv mövqeyindən əl çəkməyə və Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərməyə çağırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti