...

9-cu siniflər üçün hazırlanmış yeni dərsliklər ictimai müzakirəyə çıxarılıb

Cəmiyyət Materials 11 Aprel 2016 14:01 (UTC +04:00)
Tədrisi qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün tərtib edilmiş Azərbaycan dili (http://e-esurs.edu.az/noduploads/book/azerbaycan-dili-9-ru-derslik.pdf) dərsliyinin layihəsi ictimai müzakirəyə çıxarılıb.
9-cu siniflər üçün hazırlanmış yeni dərsliklər ictimai müzakirəyə çıxarılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ümumi təhsil məktəblərinin 9-cu sinifləri üçün yeni təhsil proqramları əsasında tərtib edilmiş və 2016-2017-ci tədris ilində ilk dəfə istifadəyə veriləcək dərslik layihələrinə dair ictimai rəy öyrənilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün tərtib edilmiş Azərbaycan dili (http://e-resurs.edu.az/noduploads/book/azerbaycan-dili-9-ru-derslik.pdf) dərsliyinin də layihəsi ictimai müzakirəyə çıxarılıb.

Beləliklə, ictimai rəyin öyrənilməsi məqsədilə www.e-resurs.edu.az saytının əsas səhifəsində yerləşdirilmiş dərslik layihələrinin sayı 23-ə çatıb. Onlar Ümumi tarix, Azərbaycan tarixi, Azərbaycan dili (tədris dili kimi), Kimya, Ədəbiyyat, Coğrafiya, Biologiya, İnformatika, Təsviri incəsənət, Musiqi, Texnologiya, Русский язык (tədris dili kimi), Русский язык (xarici dil kimi), Музыка, Литература, Технология, Həyat bilgisi, Riyaziyyat, Fizika, Fiziki tərbiyə, Alman dili, İngilis dili, Azərbaycan dili (tədris qeyri-Azərbaycan dilində olan ümumtəhsil məktəbləri üçün) dərslik layihələrindən ibarətdir:

"Təhsil Nazirliyi geniş ictimaiyyəti - sahə mütəxəssislərini, müəllimləri, valideynləri, bir sözlə, bütün vətəndaşları dərslik layihələrinin təkmilləşdirilməsində, rəy, təklif və iradların bizə göndərilməsində fəal olmağa dəvət edir. Dərslik layihələri ilə bağlı konkret faktlar göstərilməklə, təklif və iradların [email protected] elektron poçtuna göndərilməsi xahiş olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti