...

Bakıda Formula 1-in açılışında dünya estradasının ulduzları çıxış edəcək (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 13 Aprel 2016 10:43 (UTC +04:00)
Bakıda Formula 1yarışları üzrə Avropa Qran Pri çərçivəsində konsert proqramında üç gün ərzində Kris Braun, Enrike İqlesias və Farell Uilyams kimi dünya ulduzları çıxış edəcək.
Bakıda Formula 1-in açılışında dünya estradasının ulduzları çıxış edəcək  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:43-də yayılıb)

Bakı. Maksim Tsurkov - Trend:

Bakıda Formula -1 yarışları üzrə Avropa Qran Pri çərçivəsində konsert proqramında üç gün ərzində Kris Braun, Enrike İqlesias və Farell Uilyams kimi dünya ulduzları çıxış edəcək.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Onun sözlərinə görə, əyləncə proqramı bütün Formula -1 Qran-pri mərhələlərinin ayrılmaz hissəsidir: "Yarışların üç günü ərzində Bakıda Kris Braun (17 iyun), Enrike İqlesias (18 iyun) və Farell Uilyams (19 iyun) kimi dünya ulduzları çıxış edəcək. Çıxışlar Dənizkənarı Milli Parkda "Formula-1" şəhərciyinin ərazisində keçiriləcək".

N.Arpadarai qeyd edib ki, yarışların bir günü üçün bilet alanlar iyunun 17-də K.Braununun konsertinə getmək imkanı əldə edir: "Yarışların bütün üç gününə bilet əldə edənlər isə bütün 3 konsertə pulsuz gedə biləcəklər".

O əlavə edib ki, əyləncə proqramı bununla başa çatmır: "Tezliklə digər layihələr barədə elan verəcəyik, lakin indi qeyd etmək istəyirəm ki, bulvarın bütün ərazisində yerli ulduzların iştirakı ilə müxtəlif əyləncə proqramları təşkil ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti