...

ƏƏSMN 928 nəfəri peşə hazırlığı və təhsil kurslarına cəlb edib

Cəmiyyət Materials 15 Aprel 2016 12:32 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 928 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.
ƏƏSMN 928 nəfəri peşə hazırlığı və təhsil kurslarına cəlb edib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 928 nəfər şəxsi
peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 115 nəfəri əlilliyi olan şəxslərdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri sırasında işsiz və işaxtaran vətəndaşların, habelə əlilliyi olan şəxslərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması mühüm yer tutur.

Bu istiqamətdə tədbirlərin davamı olaraq, cari ilin yanvar-mart aylarında nazirliyin xətti ilə 928 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, bərbər, toxuculuq, kulinariya və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Onlardan 835 nəfər, o cümlədən 22 nəfər əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi kurslara, 93 nəfər isə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilib.

Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 115 nəfəri (12,4 faiz) əlilliyi olan şəxslərdən, həmçinin 577 nəfəri (62,2 faiz) gənclərdən ibarət olub.

Yanvar-mart aylarında nazirlik tərəfindən əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 32465 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti