...

Genişmiqyaslı yaşıllaşdırma işləri görülür (FOTO)

Cəmiyyət Materials 16 Aprel 2016 15:00 (UTC +04:00)
Genişmiqyaslı yaşıllaşdırma tədbirləri həyata keçirilir.
Genişmiqyaslı yaşıllaşdırma işləri görülür (FOTO)

Bakı. Trend:

Ekoloji sabitliyin təmin olunması və ətraf mühitin qorunması "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin prioritet məqsədlərindəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı ekoloji tədbirlərə "Azərsu" ASC də öz töhfələrini verməkdədir. Səhmdar Cəmiyyətin ekoloji tədbirləri sırasında yaşıllaşdırma işləri xüsusi əhəmiyyət daşıyır və son illər bu sahədə işlər intensiv qaydada davam etdirilir.

ASC-dən Trend-ə verilən məlumata görə, cari ilin fevral ayından başlayaraq Cəmiyyətin bütün idarə və müəssisələrində, hidrotexniki qurğuların yerləşdiyi ərazilərdə növbəti ağacəkmə tədbirlərinə start verilmişdir. Yeni istifadəyə verilmiş obyektlərin yerləşdiyi ərazilərdə yaşılllaşdırma və abadlıq işlərinə xüsusi diqqət yetirilir. Belə tədbirlərin keçirilməsində məqsəd ekoloji sabitliyin qorunması, insanların diqqətini yaşıllıqların genişləndirilməsinə və mühafizəsinə yönəlməkdir. Yaşıllaşdırma tədbirlərində "Azərsu" ASC Aparatının, idarə və müəssisələrin, yerli sukanal idarələrinin əməkdaşları iştirak edir.

2016-cı ilin ötən dövrü ərzində ağacəkmə tədbirləri çərçivəsində 10 minədək şam, zeytun, sərv və meyvə ağacları, həmçinin 20 minədək müxtəlif dekorativ bitki əkilib.

Yeni istismara verilmiş "Dədə Qorqud" su anbarının ərazisində 3350 ədəd, "Zirə" anbarının ərazisində 2254 ədəd meyvə və həmişəyaşıl ağac əkilmişdir. Eyni zamanda "Balaxanı" anbar kompleksində 2850, "Saray" anbarının yerləşdiyi ərazidə 330, "Ramana" anbarının ərazisində isə 840 ədəd müxtəlif növ ağac əkilərək geniş yaşıllıq zolaqları salınmışdır.

Qeyd edək ki, 2011-ci ildən "Azərsu" ASC-də yaşıllaşdırma tədbirləri mütəşəkkil qaydada həyata keçirilir. 2011-2016-cı illərdə Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin, hidrotexniki qurğularının yerləşdiyi ərazilərdə 441 hektar yaşıllıq sahəsi yaradılmışdır. Yaşıllaşdırma tədbirləri çərçivəsində 150 minə qədər müxtəlif növdə ağac və kol bitkiləri, 450 minədək mövsümi gül əkilmişdir. Ötən müddətdə 74 min kvadratmetr ərazidə qazon sahəsi salınmış, yeni suvarma sistemləri yaradılmışdır. Həmçinin əvvəlki illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş və abadlıq işləri aparılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti