...

Bakıda Belarus ərzaq məhsulları mağazası açılıb

Cəmiyyət Materials 18 Aprel 2016 18:37 (UTC +04:00)

Bakı. Trend:

Bakıda "Belorusskiy" mağazası açılıb.

Trend-in məlumatına görə, mağazada Belarusun qabaqcıl istehsalçılarının geniş çeşidli qida məhsulları təqdim olunur.

Belarus müəssisələrindən ekoloji təmiz məhsulların birbaşa tədarükü saxta və keyfiyyətsiz malların olmamasını təmin edir.

Mağazada Belarusun ət, süd və digər müəssisələrinin də məhsulları təqdim olunur.

Mağaza Nəriman Nərimanov prospektində, Dövlət Statistika Komitəsinin yaxınlığında yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti