...

"Ağdam. 5 fraqment" filminin təqdimatı olacaq

Cəmiyyət Materials 20 Aprel 2016 15:24 (UTC +04:00)
“Ağdam. 5 fraqment” filminin təqdimat mərasimi keçiriləcək.
"Ağdam. 5 fraqment" filminin təqdimatı olacaq

Bakı. Trend:

"Ağdam. 5 fraqment" filminin təqdimat mərasimi keçiriləcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şuranın maliyyə yardımı ilə Belçikanın "Qafqazın Qovuşma Nöqtəsi" təşkilatının hazırladığı "Ağdam. 5 fraqment" adlı filmin təqdimat mərasimi keçiriləcək.

Mərasimdə filmin yaradıcı heyəti, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri və QHT rəhbərləri iştirak edəcəklər.

Qeyd edək ki, adıçəkilən film 11 fevral 2016-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilib və yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimat mərasimi 21 aprel 2016-cıl il, saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti