...

Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Cəmiyyət Materials 20 Aprel 2016 15:38 (UTC +04:00)
2016-cı ilin I rübü ərzində respublika ərazisində 1644 təbii və texnogen mənşəli hadisə baş verib.
Azərbaycanda təbii və texnogen hadisələrin sayı artıb

Bakı. Samir Əli - Trend:

2016-cı ilin I rübü ərzində respublika ərazisində 1644 təbii və texnogen mənşəli hadisə baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 hadisə və ya 17% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 19 nəfər həlak olub, 56 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 6 nəfər xilas edilib, 264 nəfər təxliyə olunub.

2016-cı ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1601 çıxış edilib. Onlardan:

- çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar - 532 çıxış;
- açıq sahələrdə yanğınlar - 545 çıxış;
- nəqliyyat vasitələrində yanğınlar - 77 çıxış;
- digər yanğınlar üzrə 447 çıxış təşkil edib.

Yanğın hadisələri zamanı 17 nəfər həlak olub, 29 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 1 nəfər və ya 6% çox, xəsarət alanlar üzrə 5 nəfər və ya 15% azdır. Yanğınların söndürülməsi zamanı 1 nəfər xilas edilib, 262 nəfər təhlükəsiz ərazilərə təxliyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti