Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrində direktor seçkiləri keçiriləcək.
Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyəti müvafiq seçkilərin keçirilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, seçkilər "AMEA-nın elmi-tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisə haqqında Əsasnamə" və "AMEA-nın elmi-tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi Qaydaları"na uyğun təşkil olunacaq.
Seçkilərin tarixi hələ müəyyənləşdirilməyib. Seçkilərin keçirilməsi haqqında elan mətbuatda dərc ediləcək.