...

“Formula-1”in təbliğinə dəstək məqsədi ilə Moskva şəhərində kartinq yarışı keçriləcək

Cəmiyyət Materials 28 Aprel 2016 12:38 (UTC +04:00)
“Formula-1” yarışlarının təbliğinə dəstək məqsədi ilə Moskva şəhərində "Moskvada Azərbaycanlı Gənclərin Kuboku" adlı kartinq yarışı keçriləcək.
“Formula-1”in təbliğinə dəstək məqsədi ilə Moskva şəhərində kartinq yarışı keçriləcək

Bakı. Trend:

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı Azərbaycan Mədəniyyətinin inkişafı və İntibahı Fondunun və Ümumrusiya Azərbaycanlıları Konqresinin dəstəyi ilə 2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında "Formula-1" yarışlarının təbliğinə dəstək məqsədi ilə Moskva şəhərində "Moskvada Azərbaycanlı Gənclərin Kuboku" adlı kartinq yarışı keçriləcək.

Yarışda iştirak etmək istəyənlər komandalar, komandanın adını və iştirakçıların ad və soyadlarını, 18 may 2016-cı il tarixə qədər [email protected] elektron poçt ünvanina göndərmələri xaiş olunur. Kartinqdə könüllü və ya tamaşaçı kimi iştirak etmək istəyənlər də bizimlə əlaqə saxlaya bilər

Yarış 22 may saat 12:00-da Moskva şəhərinda aşağıda qeyd olunan ünvanda keçriləcək
Бумажный проезд, дом 19 строение 1, 4 этаж

Əlavə məlumat üçün +7(925)-925-36-39

Məqalədə:
Xəbər lenti

Xəbər lenti