...

Bilik Fondu ibtidai sinif müəllimlərinin videokonfransını keçirdi (FOTO)

Cəmiyyət Materials 2 May 2016 18:42 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 2 may 2016-cı il tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində “İbtidai siniflərdə tədrisin xüsusiyyətləri” mövzusunda videokonfrans keçirilib.
Bilik Fondu ibtidai sinif müəllimlərinin videokonfransını keçirdi (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 2 may 2016-cı il tarixdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində "İbtidai siniflərdə tədrisin xüsusiyyətləri" mövzusunda videokonfrans keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorunun müdiri Xartirə Hüseynova, "Ən yaxşı yazı" müsabiqəsinin qalibləri S. Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın ibtidai sinif müəllimi İradə Məlikova, Bakı Modern Məktəbinin ibtidai sinif müəllimi Nuriyə Allahverdiyeva ibtidai siniflərdə tədrisin özünəxas xüsusiyyətlərindən, azyaşlıların məktəbə adaptasiyası prosesində qarşıya çıxan çətinliklərdən, şagirdlərin qavrama qabiliyyətini artırmaq üçün istifadə olunan yeni metodlardan danışıblar.

Videokonfransa Gəncə, Sumqayıt, Mingəçevir, Qəbələ, Lənkəran və Bərdədən onlayn formada qoşulan ibtidai sinif müəllimləri qoyulan məsələlərə münasibətlərini bildirərək müzakirələrdə yaxından iştirak ediblər. Müəllimlər öz təcrübələrini bölüşərək tədris prosesində ortaya çıxan problemlərin həlli yolları ilə bağlı fikir mübadiləsi aparıblar. Məruzəçilər - İ.Məlikova və N.Allahverdiyeva onlara ünvanlanan sualları cavablandırıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu müxtəlif maarifləndirici tədbirlərlə yanaşı, stimullaşdırıcı müsabiqələr də keçirir.

Bilik Fondunun "Azərbaycan müəllimi" qəzeti ilə birgə respublika müəllimləri arasında keçirdiyi "Ən yaxşı yazı" müsabiqəsinin nəticələri qabaqcıl pedaqoqlarımızın təcrübəsinin yayılmasının zəruriliyini gündəmə gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti