...

DİN Cəlilabadda əməliyyat keçirdi, xarici vətəndaşlar saxlanıldı

Cəmiyyət Materials 3 May 2016 12:17 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda əməliyyat keçirib, xarici vətəndaşlar saxlanılıb.
DİN Cəlilabadda əməliyyat keçirdi, xarici vətəndaşlar saxlanıldı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabad rayonunda əməliyyat keçirib, xarici vətəndaşlar saxlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, İran polisindən alınan əməliyyat məlumatı əsasında DİN Cəlilabadın Cəfərli kəndində xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində iki İran vətəndaşı - Mərəhməd Fərhəngi və Rəhim Fərəci saxlanılıblar. Onların üzərindən 1 AKS markalı avtomat silahı (30 güllə ilə birlikdə), bir qoşa lülə ov tüfəngi, gecə görmə cihazı, məftil kəsən alıt və 5 kq heroin aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti