...

Sumqayıtda şəhərdaxili turlara start veriləcək

Cəmiyyət Materials 3 May 2016 16:55 (UTC +04:00)
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatı dəstəyi ilə tezliklə şəhər və ölkədaxili turlara start verilir.
Sumqayıtda şəhərdaxili turlara start veriləcək

Bakı. Trend:

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatı dəstəyi ilə tezliklə şəhər və ölkədaxili turlara start verilir.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tur səyahətləri zamanı səyahətçilər şəhərin gəzməli, görməli yerlərini ziyarət etmək və istirahətlərini faydalı keçirmək imkanlarına malik olacaqlar.

Təklif edilən yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm Qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı, şəhər teatrı və s. daxildir.

Şəhərdaxili tur səyahətlərinin qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyən olunub. Qeyd edək ki, şəhid ailələri üçün xidmət pulsuzdur.

Həmçinin ölkə daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlar, gəzməli yerlər təklif edilir. Təklif edilən yerlər sırasına Bakı və Bakı ətrafı, eyni zamanda Xaçmaz, Quba, Şamaxı, Qəbələ, Lahıc və digər bölgələrimiz daxildir. Bölgələrə tur səyahətləri 9 AZN dən (məsafəsindən asılı olaraq) başlayaraq 30 Azn-ə qədər müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti