...

"QHT-lər arasında atıcılıq çempionatı"nın qalibləri mükafatlandırılacaq

Cəmiyyət Materials 4 May 2016 18:29 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 5 may 2016-cı il, saat 10:00-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “QHT-lər arasında atıcılıq çempionatı” təşkil edəcək.
"QHT-lər arasında atıcılıq çempionatı"nın qalibləri mükafatlandırılacaq

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 5 may 2016-cı il, saat 10:00-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "QHT-lər arasında atıcılıq çempionatı" təşkil edəcək.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionata 10 QHT komandası qatılacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir. Çempionatın qaliblərinin mükafatlandırılması mərasimində Şura sədri, millət vəkili Azay Quliyev və Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak edəcək.

Mükafatlandırma mərasimindən sonra Azay Quliyev və Xaləddin İsgəndərovun iştirakı ilə "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda gənclərlə görüş keçiriləcək. Görüşə cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Ölkəmizi Tanıyaq" layihəsi çərçivəsində Naxçıvana edilən I və II tur tanışlıq səfərinin iştirakçısı olmuş şagirdlər də qatılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti