...

Daha 5 dini icmaya maliyyə yardımı ayrıldı (FOTO)

Cəmiyyət Materials 11 May 2016 19:11 (UTC +04:00)
Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Daha 5 dini icmaya maliyyə yardımı ayrıldı (FOTO)

Bakı. Trend:

Mayın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 5 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

DQİDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq sərəncamın əhəmiyyətindən danışıb. Maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın dərin tarixi köklərə malik tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğunu vurğulayan S.Salahlı müvafiq sərəncamı dövlətin dinə qayğısının ən bariz nümunəsi kimi qiymətləndirib.

Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini tövsiyə edib.

Sonda icma sədrlərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 119 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 100-ü isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti