...

Daha bir yol təmir olunur (FOTO/VİDEO)

Cəmiyyət Materials 18 May 2016 16:20 (UTC +04:00)
Xocahəsən avtomobil yolunda cari təmir işləri aparılır.
Daha bir yol təmir olunur (FOTO/VİDEO)

Bakı. Trend:

Xocahəsən avtomobil yolunda cari təmir işləri aparılır.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir.

Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Qeyd edək ki, Xocahəsən avtomobil yolunda aparılan cari təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır.

Təmir-bərpa işlərinin bir neçə gün ərzində davam etdirilməsi planlaşdırılır. Bu üzdən sözügedən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti