...

Beynəlxalq elmi konfransda Metsamor AES ilə bağlı real vəziyyət müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 19 May 2016 18:54 (UTC +04:00)
Silahlı Qüvvələrin Hərbi Akademiyasında beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq elmi konfransda Metsamor AES ilə bağlı real vəziyyət müzakirə olunub (FOTO)

Bakı. Trend:

NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyası tərəfindən "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" istiqamətində silsilə tədbirlərin keçirilməsi davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 19-da Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Bolqarıstanın G.S.Rakovski adına Hərbi Akademiyası arasında birgə "Təhlükəsizlik və müdafiənin müasir çağırışları" mövzusunda birbaşa bağlantı ilə beynəlxalq elmi konfrans keçirilib.

Konfransda G.S.Rakovski adına Hərbi Akademiyanın rektoru general-mayor Todor Dotçev, professor-müəllim heyəti, dinləyicilər və qonaqlar, eləcə də Silahlı Qüvvələrimizin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev, professor-müəllim heyəti və adyunktları iştirak ediblər.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi aspektlər və mövcud vəziyyət" mövzusunda məruzə ilə çıxış edən Hərbi Akademiyanın dosenti S.Sadıyev Qarabağın tarixi Azərbaycan torpaqları olması, erməni vandalizmi, bu məsələlərə beynəlxalq hüququn münasibəti, eləcə də 2-5 aprel tarixlərində döyüş əməliyyatlarını zəruri edən amilləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Sonra Metsamor AES ilə bağlı real vəziyyət, onun regional təhlükəsizliyə təhdidi, o cümlədən hərb elminin digər aktual problemlərinə həsr olunmuş elmi məruzələr dinlənilib və diskusiyalar aparılıb.

Onlayn rejimdə keçirilən konfrans yüksək qiymətləndirilib və bundan sonra da birgə tədbirlərin keçirilməsi məqsədəuyğun hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti