...

Azərbaycanın "Qırmızı Kitabı"nın 2 cilddən ibarət 2-ci nəşri çap olunub

Cəmiyyət Materials 23 May 2016 13:32 (UTC +04:00)
Azərbaycanda 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.
Azərbaycanın "Qırmızı Kitabı"nın 2 cilddən ibarət 2-ci nəşri çap olunub

Bakı. Trend:

Azərbaycanda 150 başadək ceyran öz tarixi areallarına köçürülüb.

Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Nazir bildirib ki, hazırda vəhşi təbiətin mühafizəsi istiqamətində aparılan işlər davam etdirilir: "Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində 150 başadək ceyran öz tarixi areallarına köçürülüb. Alim və mütəxəssislərin iştirakı ilə ölkə ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növləri haqqında toplanmış məlumatlar əsasında Azərbaycanın "Qırmızı Kitabı"nın 2 cilddən ibarət 2-ci nəşri çap olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti