...

Masallıda qətl hadisəsi baş verib

Cəmiyyət Materials 24 May 2016 09:30 (UTC +04:00)
Masallı rayonunda qətl hadisəsi baş verib
Masallıda qətl hadisəsi baş verib

Bakı. Samir Əli - Trend:

Masallı rayonunda qətl hadisəsi baş verib. Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə mayın 23-də gecə saat 24:00 radələrində rayonun Bədavan kəndində baş verib.

Kənd sakini, 1977-ci təvəllüdlü Yusubov Afiq Xanlar oğlu həmkəndlisi, 1972-ci il təvəllüdlü Əzim Əzimovu bıçaqla qətlə yetirib. Hadisə tərəflər arasında yaranmış münaqişə nəticəsində baş verib.

Qətldən sonra A.Yusifov hadisə yerindən qaçıb. Hazırda A.Yusifovun tutularaq istintaqa cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Masallı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti