Bakı. Trend:
Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən xəbər verildiyi kimi, bu gündən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur.
Trend-in məlumatına görə, gündüz saatlarından başlayaraq Gəncədə də hava kəskin dəyişib, dolu yağıb. Ardınca başlayan güclü leysan və külək şəhərdə həyatı iflic edib. Bəzi yerlərdə elektrik enerjisi verilişində fasilələr yaranıb.
Hazırda leysan səngiyib və şəhərdə bəzi yerlərdə elektirk enerjisi verilişi bərpa olunub.