...

Mingəçevirdə reyd: 50-dən çox sürücü cərimələndi (VİDEO)

Cəmiyyət Materials 7 İyun 2016 18:58 (UTC +04:00)
Mingəçevir şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçiriblər.
Mingəçevirdə reyd: 50-dən çox sürücü cərimələndi (VİDEO)

Bakı. Trend:

Mingəçevir şəhər Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını, eləcə də qanundan irəli gələn digər tələbləri pozan sürücülərə qarşı reyd keçiriblər.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundan kənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan avtomaşını idarə edən sürücülər saxlanılıb.

Alkoqollu içki qəbul edərək sükan arxasında əyləşən sürücülər barəsində də müvafiq tədbirlər görülüb. Həmçinin sərnişindaşıma zamanı avtobusa nəzərdə tutulduğundan artıq sərnişin mindirən sürücülərə qarşı cərimələr tətbiq olunub.

Ümumilikdə 51 sürücü barəsində protokollar tərtib edilib, 6 nəfərin avtomobili cərimə meydançasına aparılıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, reydlər bir neçə gün davam edəcək.

Bu cür reydlərin həftənin şənbə və bazar günləri digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti