...

“Azərbaycan ədəbiyyatı ispandilli ölkələrdə tanıdılmalıdır”

Cəmiyyət Materials 9 İyun 2016 16:07 (UTC +04:00)
İyunun 9-da Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Marta Galindo Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
“Azərbaycan ədəbiyyatı ispandilli ölkələrdə tanıdılmalıdır”

Bakı. Trend:

İyunun 9-da Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Marta Galindo Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Tərcümə Mərkəzi ilə Kolumbiyanın Azərbaycandakı səfirliyinin birgə layihəsi olan "Əvvəl dəniz vardı" (10 Kolumbiya şeiri) antologiyasının təqdimat mərasimi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Mərkəzin direktoru Afaq Məsud Azərbaycan oxucusunun Latın Amerikası, o cümlədən Kolumbiya ədəbiyyatına marağından danışıb. O, xüsusən dünya şöhrətli kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin əsərlərinin ölkəmizdə çox sevildiyini diqqətə çatdırıb.

A.Məsud "Əvvəl dəniz vardı" antologiyasında yer alan şeirlərin də yüksək bədii dəyərə malik olduğunu qeyd edib.

M.Galindo isə Azərbaycan kitabxanalarında Markes yaradıcılığına olan maraqdan məmnunluğunu ifadə edib və bu böyük yazıçının "Patriarxın payızı" romanının hələ 1990-cı illərdə Tərcümə Mərkəzində kitab halında nəşr olunmasını ciddi hadisə adlandırıb.

Bundan sonra qonağa Tərcümə Mərkəzinin fəaliyyəti barədə məlumat verilib. Görüş zamanı layihənin davamı kimi, Azərbaycan şairlərinin şeirlərinin də ispan dilinə tərcümə olunaraq, Kolumbiyada nəşri məsələsi müzakirə olunub.

İlkin mərhələdə poeziya nümunələrinin sətri tərcümələri hazırlanacaq. İşin keyfiyyətini təmin etmək üçün sonrakı proses dil daşıyıcılarının - ispandilli şairlərin iştirakıyla aparılacaq. Eyni zamanda azərbaycanlı və kolumbiyalı nasirlərin əsərləri də bu müştərək layihəyə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti