...

Bakıda Azərbaycan yığması gimnastlarının yoxlama məşqləri və çıxışları baş tutub (FOTO)

Cəmiyyət Materials 13 İyun 2016 14:02 (UTC +04:00)
Bazar ertəsi Bakıdakı Milli Gimnastika Arenasında İsraildə bədii gimnastika üzrə Avropa Çempionatında Azərbaycanı təmsil edəcək ölkə yığması gimnastlarının yoxlama məşqləri və çıxışları baş tutub.
Bakıda Azərbaycan yığması gimnastlarının yoxlama məşqləri və çıxışları baş tutub (FOTO)

Bakı. Trend:

Bazar ertəsi Bakıdakı Milli Gimnastika Arenasında İsraildə bədii gimnastika üzrə Avropa Çempionatında Azərbaycanı təmsil edəcək ölkə yığması gimnastlarının yoxlama məşqləri və çıxışları baş tutub.

Marina Durunda, Jalə Piriyeva, İlahə Məmmədova, Zöhrə Ağamirova və Veronika Qudis, habelə qrup komandanın üzvləri öz proqramlarını tamaşaçılara təqdim ediblər.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov idmançılara uğurlar diləyib, onlara can sağlığı və yarışlarda zədəsiz çıxışlar arzu edib.

Xatırladaq ki, bədii gimnastika üzrə Avropa Çempionatı iyunun 17-19-da İsrailin Holon şəhərində keçiriləcək.

Trend yığmanın yoxlama məşqlərindən fotoları təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti