...

Gənclər və İdman Nazirliyi növbəti yay düşərgələrinə start verir

Cəmiyyət Materials 13 İyun 2016 14:24 (UTC +04:00)
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20 iyun-04 iyul tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) növbəti Yay düşərgələri keçiriləcək.
Gənclər və İdman Nazirliyi növbəti yay düşərgələrinə start verir

Bakı. Trend:

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20 iyun-04 iyul tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) növbəti Yay düşərgələri keçiriləcək. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşərgədə ümumilikdə, 7-15 yaş arası 100 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmənin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi mütəmadi olaraq Nazirliyin nəzdində olan Bakı şəhəri Şüvəlan qəsəbəsindəki yerləşən Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində (UİSM) sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələrin sağlamlığının qorunması üçün fəsillər üzrə müxtəlif yönümlü düşərgələr təşkil edir. Düşərgələr sosial müdafiəyə ehtiyacı olanlara dövlət qayğısının daha da artırılması və onların asudə vaxtının səmərəli təşkil edilməsi məqsədilə təşkil olunur.

Məlumat üçün bildirək ki, Respublika UİSM-də 2014-cü ildə ümumilikdə 530 nəfər, 2015-ci ildə 420 nəfər sosial müdafiəyə ehtiyacı olan uşaq və yeniyetmələr üçün düşərgələr təşkil edilib. Bundan başqa, Nazirlik tərəfindən respublikanın səfalı guşələrində - Lənkəran şəhəri və Quba, Xaçmaz, Göygol və Qax rayonlarında 2014-cü il iyun-iyul aylarında "Azərbaycan - doğma diyarımdır" adlı vətənpərvərlik yay istirahət düşərgələri təşkil edilmişdir. 1490 nəfər yeniyetmə və gənc müxtəlif rayonlarda bu düşərgələrdə iştirak edib.

Eyni zamanda, bu ilin 20-27 mart tarixlərində 120 nəfər hemofiliyalı uşaq, yeniyetmə və onların ailə üzvləri üçün Respublika UİSM-də istirahət, müalicəvi idman və təlim kursları təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti