...

Məhkəmə prokurorun protestini təmin etmədi

Cəmiyyət Materials 16 İyun 2016 15:56 (UTC +04:00)
S.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə prokurorun protestini təmin etmədi

Bakı. Samir Əli - Trend:

Bakı Apelyasiya Məhkəməsində atasını öldürməyə cəhdə təqsirləndirilən Samid Məmmədov barəsində birinci instansiya məhkəməsinin hökmündən prokurorluğun verdiyi protest üzrə proses başa çatıb.

Trend-in məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə protest araşdırılsa da, təmin edilməyib.

İttihama görə, keçən ilin iyulunda Binə qəsəbəsi Südçülük sovxozunda 2000-ci il təvəllüdlü S.Məmmədov atası Ağarəhim Rəhimovu bıçaqlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin (CM) 29, 120-1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədovun ittiham olunduğu CM-nin 29, 120-1-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunub. Hökmə əsasən, ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.

S.Məmmədov məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apelyasiya protesti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti