...

Turist: "Bakıda möhtəşəm idman şousu nümayiş etdirilir"

Cəmiyyət Materials 19 İyun 2016 13:38 (UTC +04:00)
"Formula 1" yarışması Azərbaycanın dünyada tanıdılması üçün yaxşı fürsətdir və ölkəyə marağı xeyli artırır".
Turist: "Bakıda möhtəşəm idman şousu nümayiş etdirilir"

Bakı. Elçin Mehdiyev – Trend:

"Formula 1" yarışması Azərbaycanın dünyada tanıdılması üçün yaxşı fürsətdir və ölkəyə marağı xeyli artırır".

Bunu Trend-ə Bakıya "Formula 1" yarışmasını izləməyə gəlmiş rusiyalı turist Andrey Belokon deyib.

A.Belokon qeyd edib ki, Bakıda möhtəşəm idman şousu nümayiş etdirilir: "İnanırıq ki, Bakı şousu "Formula 1" tarixində xüsusən yadda qalacaq".

O bildirib ki, "Formula 1" Azərbaycanı daha da tanıdacaq: "İnanıram ki, bu yarışmanı izləməyə gələnlərə yenidən Bakıya turist kimi qayıtmaq istəyəcəklər".

Rusiyalı qonaq: "Formula 1" Bakıya daha çox turist cəlb edəcək"

Rusiyalı qonaq: "Formula 1" Bakıya daha çox turist cəlb edəcək"

Qeyd edək ki, Bakıda "Formula 1" Avropa Qran Prisi keçirilir.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanındadır. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti