...

"Döyüşə hazırıq" - atıcılıq turniri keçiriləcək

Cəmiyyət Materials 20 İyun 2016 13:34 (UTC +04:00)
Silahlı Qüvvələri Gününə həsr olunmuş jurnalistlərin atıcılıq yarışı keçiriləcək.
"Döyüşə hazırıq" - atıcılıq turniri keçiriləcək

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Mətbuat Şurası, Azərbaycan İdman Jurnalistləri Assosiasiyası, Azərbaycan Atıcılıq Fedarasiyası və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə iyunun 25-də Silahlı Qüvvələri Gününə həsr olunmuş jurnalistlərin atıcılıq yarışı keçiriləcək.

Turnirin təşkilat komitəsindən Trend-ə verilən məlumata görə, yarış iyunun 25-i saat 16:00-da Novxanı Atıcılıq Mərkəzində “Döyüşə hazırıq” devizi altında başlayacaq.

Turnirin qaliblərinə və xüsusi fərqlənənlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyənlər (070) 211 44 45 nömrəsinə zəng etməklə və ya [email protected] ünvanına məktub yazmaqla qeydiyyatdan keçə bilərlər.

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az

Xəbər lenti

Xəbər lenti