...

"Baku Fashion Night" layihəsi keçiriləcək

Cəmiyyət Materials 20 İyun 2016 18:03 (UTC +04:00)
İyunun 25-də Bakıda növbəti "Baku Fashion Night" layihəsi keçiriləcək.
"Baku Fashion Night" layihəsi keçiriləcək

Bakı. Trend:

İyunun 25-də Bakıda növbəti "Baku Fashion Night" layihəsi keçiriləcək.

"Baku Fashion Night" Bakıda 2014-cü ildən mövsümdə iki dəfə keçirilən ilk iri layihələrdən sayılır. Layihədə bir neçə dizayner istirak edəcək. “Excelsior Hotel & Spa” hotelinin dəstəyi ilə keçirilən tədbirin əsas təşkilatçısı "FMS Models" model agentliyin rəhbəri Lyubov Gutorovadır.

“Baku Fashion Night 2016” moda gecəsinin qonaqlarını maraqlı və rəngarəng proqram gözləyir. Rəssam-keramik Vüsalə Ağaraziyevanın sərgisi nümayiş olunacaq. Qeyd etmək istəyirik ki, rassamın işləri Azərbaycanda və xarici ölkələrdə nümayiş olunub.

Tədbirdə gənc Azərbaycan dizaynerlərinin aksesuarı, bijuteriya və zinət əşyalarının sərgisi təqdim olunacaq. Gecənin əsas proqramında modelyer-dizaynerlərin “Yay 2016” kolleksiyalarının moda nümayişləri təqdim olunacaq.

Bakının moda gecəsini əldə toxunma çimərlik geyimləri ilə dizayner Mehriban Məlikova açacaq.

Azərbaycanda ilk dəfə İrlandiya texnikası ilə toxunmuş yay paltarlarının kolleksiyası ilə dizayner Alyona Salimova çıxış edəcək.

Yeni "Tenderness" ("İncəlik") adlanan yay kolleksiyasını modelyer-dizayner Sehri Rəhimova təqdim edəcək.

Və bu maraqlı şənbə gecəsini öz gözəl səsi ilə pianoçu, vokalist, Azərbaycanda və xaricdə keçirilən caz festivallarında iştirak edən məşhur musiqiçi Aysel Məmmədova daha da xoş edəcək.

Biletləri "Excelsior Hotel & SPA" hotelində əldə edə bilərsiniz.

Əlaqə nömrəsi: (012) 496 80 00

Məqalədə:
Xəbər lenti

Xəbər lenti