...

Sağlamlıq imkanları məhdud uşaqlar xaricə müalicəyə göndərilib (FOTO)

Cəmiyyət Materials 5 İyul 2016 15:22 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
Sağlamlıq imkanları məhdud uşaqlar xaricə müalicəyə göndərilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup sağlamlıq imkanları məhdud uşaq xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əlilliyi olan şəxslərin sağlamlıqlarının və sosial statuslarının bərpası, onların səmərəli tibbi-sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasət kursunda mühüm yer tutur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, bir qrup sağlamlıq imkanları məhdud uşaq Heydər Əliyev adına Beynəlxalq Hava Limanından “Sanni” (“Günəşli”) reabilitasiya mərkəzinə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.

Əlilliyi olan insanlar maddi və mənəvi tələbatlarının gücləndirilməsi ilə yanaşı, onların reabilitasiyası, habelə xaricdə ixtisaslaşmış bərpa müalicələri üçün lazımi şəraitin yaradılmasından razılıqla söz açıb, göstərilən bu yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ötən il və cari ilin keçən dövründə nazirlik tərəfindən 350 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın (valideynlərindən biri ilə bərabər) xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkil edildiyini bildirib: “Son illərdə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiya kursu keçmək üçün Türkiyə Respublikasındakı Nobel Tibb Mərkəzinə göndərilir. Eyni zamanda Gürcüstan Respublikasındakı “Sanni” reabilitasiya mərkəzinin də serebral iflicin formalarının, nevroloji xəstəliklərin fəsadlarının fizioterapevtik üsullarla müalicəsində müsbət iş təcrübəsi nəzərə alınmaqla, onlarla da bu sahədə əməkdaşlığa başlanılıb. Hazırda göndərilən şəxslər də qeyd olunan mərkəzdə yerləşdiriləcək və 21 gün ərzində bərpa-müalicə kursu keçəcəklər. İlk dəfə sağlamlıq imkanları məhdud uşaqları müşahidə edən valideynlərdə həmin müddətdə reabilitasiya tədbirlərinə cəlb ediləcəklər”.

S.Abdullayev əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı nazirliyin xətti ilə həyata keçirilən digər reabilitasiya tədbirlərini də diqqətə çatdırıb. “Hər il nazirliyin bərpa-müalicə müəssisələrində bu təbəqələrdən olan 8 min nəfərdən çox şəxs bərpa müalicə və protez-ortopedik bərpa xidmətləri ilə təmin edilib. Bununla yanaşı, nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 1500 nəfərədək uşağa reabilitasiya yönümlü xidmətlər göstərilir ki, onların da böyük qismi sağlamlıq imkanları məhdud uşaqlardır. Həmçinin son 6 ayda əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət 1800 nəfərdən çox imtiyazlı vətəndaş müalicə məqsədilə sanator-kurort yollayışı ilə təmin olunub. 36 nəfər əlilliyi olan şəxsin isə respublikadan kənar müalicəyə göndərilməsinə və respublika daxilində müalicəsinə maddi köməklik göstərilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti