...

Fermerlərin maarifləndirilməsi mövzusunda seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 29 İyul 2016 19:16 (UTC +04:00)
İyulun 29-da Kənd Təsərrüfatı Nazirliyinin Qobustan Rayon İdarəsində fermerlərin maliyyə üzrə maarifləndirilməsi mövzusunda seminar keçirilib.
Fermerlərin maarifləndirilməsi mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

İyulun 29-da Kənd Təsərrüfatı Nazirliyinin Qobustan Rayon İdarəsində fermerlərin maliyyə üzrə maarifləndirilməsi mövzusunda seminar keçirilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarı Frankfurt School of Managementin mütəxəssisləri aparıb və tədbirə 26 nəfər fermer qatılıb. Seminar Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin dəstəyi ilə baş tutub.

Bu, Kənd Təsərrüfatı Nazirliyi, Avropa İttifaqı, Avropa Yenidənqurma və İnkişaf Bankının birgə layihəsi olan “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Aləti Layihəsi” (AZAFF) çərçivəsində fermerlərin maliyyə savadlılığının artırılması istiqamətində 4-cü regional tədbirdir.
Fermerlər seminarda peşəkar mütəxəssislərdən planlaşdırmanın vacibliyi, təsərrüfat əməliyyatları üzrə qeydlərin aparılması, əmanət və kredit məhsullarının əsas göstəriciləri, maliyyə institutlarının rolu və funksiyaları, onlarla uzun müddətli və dayanıqlı əlaqələrin qurulması, fermerlər üçün alternativ maliyyələşmə imkanları, maliyyə planlaması, kənar maliyyələşməyə ehtiyacın və düzgün müddətin seçilməsi, gələcək nağd pul dövriyyəsinin və gəlirliyin (ümumi və hər məhsul üzrə) təyin olunması kimi vacib mövzularda məlumatlandırılıblar.

Bir ilə yaxın müddət ərzində həyata keçirilən AZAFF layihəsinin ümumi dəyəri 40 milyon ABŞ dollarıdır. “Azərbaycan Kənd Təsərrüfatı Maliyyə Alətləri” layihəsi AYİB-in banklar vasitəsilə borcalanların maliyyələşməsi kimi ənənəvi yanaşması ilə yanaşı, Azərbaycanda kənd təsərrüfatının inkişafının maliyyələşdirilməsi və sürətləndirilməsi üçün qeyri-maliyyə dəstəyini də özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti